02 iyul 2023 00:04
472

Sumqayıtda iki maşın toqquşub, 3 nəfər ağır yaralanıb

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

İlkin məlumata görə, “Prius” və və “Hyundai” “Santa Fe” markalı avtomobillər toqquşublar.

Qəza nəticəsində üç nəfər ağır yaralanıb. Yaralılar əraziyə cəlb edilmiş təcili tibbi  yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Oxu.Az