02 iyul 2023 00:45
492

Marseldə polislə etirazçılar arasında toqquşma baş verib

Fransada 17 yaşlı gəncin polis tərəfindən öldürülməsinə qarşı etirazlar səngimir.

“İki sahil” BFM TV-yə istinadla xəbər verir ki, artıq Marseldə polislə etirazçılar arasımnda ilk toqquşma baş verib.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və tüstü bombası tətbiq edib. 22 nəfər saxlanılıb.