Təl-Əvivdən Nyu-Yorka uçan “United Airline”s təyyarəsi salonda təzyiqin azalması səbəbindən yola düşdüyü hava limanına qayıtmağa məcbur qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə “The Jewish Press” məlumat yayıb.
Nəşrin məlumatına görə, qəza enişinə səbəb illüminatorun qırılması səbəbindən salonda təzyiqinin azalması olub. İndi təyyarə yanacaq yandırmaq üçün əlavə dövrələr vurur.
Ben Qurion hava limanında 2-ci dərəcəli fövqəladə vəziyyət elan edilib. Girişdə çoxlu təcili yardım maşınları var.
Təyyarədə 339 nəfərin olduğu bildirilir.