İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, bu çərçivədə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Azad kəndində intensiv yağışlar nəticəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə daxil olan məlumatla əlaqədar FHN-in Aran Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.