Kompleks Qazma İşləri Tresti tərəfindən “Səadan” yatağında 1820 nömrəli quyunun qazma işlərinə başlanılmışdır.
“Siyəzənneft” NQÇİ-nin sifarişi ilə Qovundağ Maykop Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1300 metrdir.Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4 ton neft hasil olunacağı nəzərdə tutulur.