31 mart 2016 01:44
218

"Cəhənnəmin qapısı"nı görənlər elə düşmüş kimi olurlar

Kənardan hər şey sakit görünür, ancaq bura dünyanın ən vahiməli məkanlarından biridir.

Namibiyanın Skeletlər Sahili həm adı, həm də görünüşü ilə kifayət qədər mənfi təsəvvür yaratsa da, bu yer son vaxtlar ölkənin ən diqqət çəkən turizm zonasına çevrilib.

Portuqaliyalı dənizçilər ilk dəfə bu ərazini görəndə buranı "cəhənnəmin  qapısı" adlandırıb. Bu isə heç də təsadüfi deyil.  Dəniz kənarında yerləşsə də,  sanki su üzünə həsrət qalan sahilyanı ərazidə çoxsaylı skeletlər və gəmi qalıqları, bölgənin sanki fəlakət zonası olduğuna işarə vurur.

Elə yerli tayfalar da bu bölgənin sanki tanrının yadından çıxdığını düşünür. Hələ əsrlər öncə buşmenlər bu ərazini "tanrının qəzəblə yaratdığı yer" adlandırıb.

Cəhənnəmin qapısında yaşayış üçün  ümiddən əsər əlamət yoxdur. Bununla belə,  bir sıra canlıların bu amansız hava şəraitinə adaptasiya olması, safariyə çıxmağı və ekstremal səyahəti sevən turistlər üçün xüsusi imkanlar yaradır.