Sənaye və enerji məsələlərini müzakirə etmək məqsədilə dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirən enerji sektorunda gənc liderlərin ixtisaslaşmasında mühüm rol oynayan Bakı Yay Enerji Məktəbinin açılış mərasimində iştirak etməkdən məmnunluq duydum.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın prezident Rövşən Nəcəf özünün feysbuk səhifəsində paylaşımında qeyd edib.
Rövşən Nəcəf daha sonra qeyd edib: İnanıram ki, bu proqram enerji siyasətinin gücləndirilməsinə, təmiz, təhlükəsiz, səmərəli və dayanıqlı enerji həllərinin təkmilləşdirilməsinə, bu sektorda yüksək ixtisaslı mütəxəssislərin yetişməsinə, həmçinin Azərbaycanın və regionun enerji təhlükəsizliyinə dəyərli töhfə verəcəkdir.
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb