26 aprel 2018 00:56
1268

Qadın 3800-cü ilə getdiyini iddia etdi

"Youtube" kanalında videolar paylaşan kanala qonaq olan Bella adlı qadın maraqlı iddia ilə çıxış edib.

Bella zaman maşını ilə gələcəyə getdiyini deyib. Albaniya vətəndaşı olduğunu bildirən qadın 2007-ci ildə zaman maşını ilə səfərə çıxdığını deyib. Belorusiyalı fizika alimi Aleksandr Kozlov Bellanı 3800-cü ilə göndərib. Qadın gələcəyin çox fərqli olduğunu deyib.

Zaman maşını ilə səfər zamanı güclü elektrik axını hiss etdiyini deyən Bella gözünü böyük bir xarabalıqda açıb.

Qatil robotların dünyanı ələ keçirdiyini iddia edən Bella deyib:
“Ətrafımda dağılmış binalar, parçalanmış əşyalar və uçan robotlar var idi. Məni çox pis bir zamana göndərib. Hər şey çox qorxulu idi. Kozlov bilmirdi ki, yanımda telefon var. Bir sübut kimi fotolar çəkdim”.

Bellanın göstərdiyi fotoda bir qadının çənəsi və dodaqları ilə yanaşı kadrda uzaq planda binaya bənzər cismlər görünür.