Mədəniyyət Nazirliyinin daha 3 regional idarəsinə rəis təyinatı olub.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, Rəhimov Ramil Toğrul oğlu Quba-Xaçmaz Regional İdarəsinə, Məmmədov Səxavət Fazil oğlu Dağlıq Şirvan Regional İdarəsinə, Bəşirov Aydın Bəşir oğlu Mərkəzi Aran Regional İdarəsinə rəis təyin olunub.