Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub.
“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verib.
Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB/FOTO
BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur - Prezident
Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq - Prezident