İzmirə yadplanetlilər gəlib. Onlar özləri belə deyir. Məlumata görə, hadisə 8 il əvvəl baş verib.
ATV.az bildirir ki, sakinlərin dediyinə görə, yadlanetlilər bir tarlaya düşüb. Həyat yoldaşı, oğlu və gəlini ilə birlikdə hadisəyə şahid olduqlarını deyən Ali Gacener ötən 8 il ərzində bu barədə heç kimə məlumat vermədiklərini bildirib. Ali kişi hadisəni belə xatırlayır. Deyir bir anda böyük bir gurultu ilə yerə atəş topu kimi nəsə düşdü. Çox qorxduqlarını deyən ailə daha sonra ətrafa qırmızı işıqlar saçan bir varlıqla qarşılaşdıqlarını iddia edir.