Meksika körfəzindəki neft platformasında baş verən yanğın nəticəsində azı 6 nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Petróleos Mexicanos” (Pemex) dövlət şirkəti məlumat yayıb.
“Pemex”in məlumatına görə, yanğın başlayan zaman strukturda işləyən 328 işçidən 321-i artıq təxliyə edilib. Yanğınları söndürmək üçün dörd qayıq göndərilib.
Mətbuat konfransı zamanı Meksika prezidenti Andres Manuel Lopez Obrador, Pemex yanğınsöndürənlərinin yanğınla mübarizə apardığını və Meksika donanmasının da alovla mübarizədə iştirak etdiyini bildirib.