Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycanın sədrlik etdiyi və BMT-nin 193 üzv dövlətindən 120-ni birləşdirən Qoşulmama Hərəkatının Bakıda qəbul olunan Bəyannaməsini alqışlayıb.
“İki sahil” xəbər verir ki, BOK prezidenti Tomas Bax göstərdiyi dəstəyə görə Qoşulmama Hərəkatına minnətdarlıq edib.
“BOK Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin dəstəyini ürəkdən alqışlayır. Olimpiya Oyunlarının birləşdirici missiyasına bu güclü bağlılıq bizi çox ruhlandırır. Bu mühüm qətnamənin qəbulunda göstərdiyi təşəbbüsə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - deyə T.Bax vurğulayıb.
Yekdilliklə qəbul edilən Bəyannamədə vurğulanır ki, “Paris-2024” Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 Milli Olimpiya Komitəsinin idmançılarının iştirakı bəşəriyyətin birliyinin güclü rəmzi olacaq.
Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB/FOTO
BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur - Prezident
Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq - Prezident