08 iyul 2023 19:36
664

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər

Gorus-Xankəndi istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsinin işindən yeni kadrlar yayılıb. Görüntülərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiətilə gələn Qarabağın erməni sakinlərinin sənədlərinin yoxlanılması və gediş-gəlişlərinin təmin edilməsi əks olunub.

“İki sahil” xəbər verir ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.