Azərbaycan Milli Məclisinin deputatları Anar Məmmədov və Fazil Mustafa TÜRKPA-nın xətti ilə Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə ediblər. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Daşkənd şəhərində həyata keçiriblər.
“İki sahil” xəbər verir ki, deputatlar Özbəkistanda keçirilən prezident seçkilərində apardığı müşahidələrlə bağlı fikirlərini şərh edərkən bildiriblər ki, prezident seçkiləri bötüvlükdə sakit keçib və qanun pozuntularına yol verilməyib. Hər məntəqədə seçicilər, müxtəlif partiya nümayəndələri və komissiya üzvləri tərəfindən qeyd olunurdu ki, seçkilər şəffaf şəraitdə keçirilib. Yekun müşahidələrin nəticəsində demək olar ki, seçkilərlə bağlı beynəlxalq qurumlar da öz müsbət rəylərini verib və özbək xalqını təbrik edib.
Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB/FOTO
BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur - Prezident
Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq - Prezident