Analitik Ekspertiza Mərkəzi 01.06.2023-30.06.2023-ci il tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı təqdim edir.
AEM-dən "İki sahil"ə verilən xəbərə görə, Bakı şəhəri üzrə 27, digər rayonlar üzrə 5 aptek olmaqla, ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib. 7 adda, 40 qutu dərman vasitəsi müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə protokollar tərtib edilib.
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib