MFÖ qrupunun vokalisti, məşhur müğənni və gitaraçı Mazhar Alanson iki gün öncə vəfat edən dostu, tanınmış musiqiçi və aktyor Özkan Uğurla vida mərasimində iştirak edib.
“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 52 illik dostu ilə məşhur “Ele güne qarşı yapayalnız...” mahnısının sözləri ilə vidalaşıb.
Qeyd edək ki, MFÖ qrupunun (Mazhar Alanson, Fuad Güner və Özkan Uğur) birlikdə çıxardıqları ilk albom da bu mahnının adı ilə adlanır. Albom 1984-cü ildə işıq üzü görüb.
"Spiegel": Berlin Rusiyanın Bonndakı baş konsulluğunu bağlamaq imkanını araşdırır
Şahbaz Şərif ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyasının həyata keçirilməsinə çağırıb