Azərbaycan məktəblilərindən ibarət istedadlı şagirdlər ABŞ-ın Nyu-York ştatında keçirilən Beynəlxalq Kopernikus Olimpiadasında iştirak edirlər.
“Global Olympic Center”dən “İki sahil”ə bildirilib ki, onlar riyaziyyat fənni üzrə qlobal mərhələdə ölkəmizi təmsil edirlər.
Azərbaycandan yarışmaya müxtəlif yaş qrupundan olan 60 şagird yollanıb. Onlar 5 kateqoriya üzrə beynəlxalq turnirdə 22 ölkə məktəbliləri ilə yarışacaq.
Kolumbiya Universitetində təşkil olunan açılış mərasimində komandamız Azərbaycanın Dövlət Himninin sədaları altında səhnəyə çıxıblar.
Olimpiadanın qlobal mərhələsi bu gün, mükafatlandırma mərasimi isə sabah baş tutacaq.
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib