Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti bu ilin birinci rübündə Avropa və Türkiyəyə təbii qaz ixracını 28,6 faiz artıraraq 44,4 milyard kubmetrə çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller məlumat verib. O bildirib ki, şirkətin MDB-yə üzv olmayan ölkələrə qaz ixracı bu ilin ilk üç ayında 2015-ci ilin eyni dövrü ilə müqayisədə 9,9 milyard kubmetr artaraq 44,4 milyard kubmetr olub. Hesabat dövründə “Gazprom” Almaniyaya təbii qaz ixracını 26,7 faiz, Avstriyaya isə 34,2 faiz artırıb.