02 aprel 2016 01:52
213

Buzlu havada soyunub yarışdılar

Yüzlərlə insan şaxtalı havada nazik paltarlarda marafona çıxdı. Estoniyanın  Otepaa şəhərində  keçirilən Sauna marafonu rəngli görüntülərə səhnə olub. 6-cı dəfə  keçirilən marafonda  adətən avropa ölkələrinin vətəndaşları təmsil olunsa da, bu dəfəki çempionatda ABŞ-dan Hindistana qədər bir çox ölkədən turistlərin maraq göstərdiyi diqqətdən yayınmayıb.

Şaxtalı havada az qala çimərlik geyimində qaçmalı olan iştirakçıların məşəqqəti hava şəraiti ilə də bitməyib.  Həvəskar atletlər dondurucu hava şəraitində gah buzlu saunaya kəllə vurub, gah da qaynar su hovuzunun “od-alovuna” dözməli olub.

Qrup şəklində  keçirilən çətin yarışda qalib komanda 168 km-lik məsafəni gah nəqliyyat vasitələri ilə gah da qaçaraq 3 saat 20 dəqiqəyə başa vurub. Bütün bu məşəqqətlərə dözən  çempionların mükafatı isə isti  saunada  istirahət etmək olub.