01 aprel 2016 22:57
177

Ceyhan limanından 1,65 milyon tona yaxın neft ixrac edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2016-cı ilin mart ayında Novorossiysk limanından 79 min 678 ton, Supsa limanından 176 min 335 ton, Ceyhan limanından 1 milyon 644 min 415 ton xam neft ixrac etmişdir.

Ümümilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 79 min 936 ton, Supsa limanından 599 min 600 ton, Ceyhan limanından 4 milyon 628 min 741 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.