01 aprel 2016 23:01
193

Daha bir quyu istismara verilib

“Neft Daşları” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2282 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.Quyu fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 2523-2511 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilmişdir. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.