14 iyul 2023 10:10
220

İsrailin müdafiə naziri Bakıdan paylaşım edib

İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.

“İki sahil” xəbər verir ki, o, bulvarda səhər qaçışına çıxıb.

“Bakıdan sabahınız xeyir”, - nazir özünün "Twitter" hesabında yazıb.

Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.