Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, bu çərçivədə, yaratdığı yanğın təhlükəsinin aradan qaldırılması məqsədilə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla, Bakı şəhəri, Xətai rayonunun 8 Noyabr prospekti, Zığ şossesi və Məhəmməd Hadi küçəsi 83 ünvanında, Yasamal rayonunun Şərifzadə küçəsində, Sumqayıt şəhərindəki “Socar Polymer” zavodunun ərazisində, Saatlı şəhərinin Nizami küçəsində, Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən 26-cı km-də magistral yolun kənarında, Yardımlı şəhərinin Heydər Əliyev küçəsində quru ot, kol-kos və məişət tullantıları olan sahələrin təmizlənməsi işi həyata keçirilib.