14 iyul 2023 12:31
277

Azərbaycanın Slovakiyada səfirliyi təsis ediləcək

Azərbaycanın Slovakiyada səfirliyi təsis ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.