14 iyul 2023 12:45
353

MM-in növbədənkənar sessiyası çərçivəsində 9 iclas keçirilib

“Həm iclasımızın, həm də növbədənkənar sessiyamızın gündəliyinə daxil olan məsələlər bu gün başa çatıb”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, növbədənkənar sessiya çərçivəsində 9 iclas keçirilib, 90 qərar və qanun qəbul edilib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, növbədənkənar sessiya dövründə də Ulu Öndər Heydər Əliyevə həsr olunmuş iclas keçirilib.

“Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də işlər görülüb. Milli Məclisin deputatları növbədənkənar sessiya ərzində 51 səfər həyata keçirib, eyni zamanda, 7 ölkənin parlament nümayəndələri Milli Məclisdə olub”.