15 iyul 2023 19:29
301

Avropa İttifaqı Şurasının prezidenti Ermənistan və Azərbaycan liderlərini Brüsseldə növbəti görüşə dəvət edib

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan liderlərini yaydan sonra Brüsseldə növbəti görüşə dəvət edib.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib.