15 iyul 2023 19:42
363

Şarl Mişel danışıqların bəzi detallarını açıqlayıb

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla danışıqlar zamanı Qarabağın erməni sakinləri üçün Bərdə-Ağdam istiqamətində humanitar yüklərin daşınması məsələsi müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının (AİŞ) prezidenti Şarl Mişel Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib.

AİŞ prezidenti əlavə edib ki, danışıqlar çərçivəsində Cənubi Qafqazda vəziyyətin normallaşmasına kömək edəcək mümkün konkret addımlar da müzakirə edilib.