Yaponiyanın “McCann” reklam agentliyi süni intellekti yaradıcı direktor vəzifəsinə təyin edib və o, real müştərilərlə işləyəcək. İstehsalçıların fikrincə, süni intellekt reklam sahəsinə daha çox yaradıcılıq gətirə bilər. Çünki robotun işi özündə stereotiplərin məhv edilməsi və televiziya verilişlərinin təhlilini saxlayan alqoritmə əsaslanır.
“McCann” agentliyinin yaradıcı direktoru olan robot apreldən öz vəzifəsinin icrasına başlayıb. Əməkdaşlar və beynəlxalq yaradıcı cəmiyyət bu robotun debütünü səbirsizliklə gözləyirlər, çünki “AI-CD β” adlı intellekt bu və ya digər brendin televiziya reklamının tarixi uğuruna əsaslanaraq reklam kampaniyalarının konsepsiyasını yaradacaq ilk robot olacaq.
“McCann” şirkətinin baş direktoru Yasuyuki Kataginin sözlərinə görə, süni intellekt musiqi, kino və teleseriallar daxil olmaqla, geniş əyləncə spektrinin yaradılmasında istifadə olunur.