04 aprel 2016 22:00
529

54 gənc SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində təlimlərə başlayıb

Qaradağ rayonunun 54 gənc sakini Qobustan Regional Təlim Mərkəzində təlimlərə başlamışdır

Aprelin 4-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində BP Exploration (Caspian Sea) Limited şirkətinin Davamlı İnkişaf Təşəbbüsləri layihəsi çərçivəsində Qaradağ rayonu sakini olan 54 nəfər gənc təlimə başlamışdır.

İlk dərs günü münasibətilə təşkil olunmuş tədbirdə SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov, TTSİ-nin rəisi Fuad Süleymanov, İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin rəisi Tural Məmmədov, BP Exploration (Caspian Sea) Limited şirkətinin Sosial sərmayələr və icmalarla əlaqələr üzrə meneceri Elçin Haqverdiyev və digər məsul şəxslər iştirak etmişlər. Çıxış edənlər QRTM-nin müasir tədris infrastrukturuna və resurslarına malik olduğunu vurğulamaqla bərabər 10 ay müddətində fəhlə kadrların hazırlanması proqramı daxilində 3 ixtisas üzrə 5 qrupda təhsil alacaq 54 dinləyicini təbrik etmiş, onlar üçün yaradılmış imkanı yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, təlim-tədris prosesinə qoşulan gənclərdən 23 nəfəri ali təhsilli, 5 nəfəri orta-ixtisas təhsilli, 3 nəfəri isə peşə təhsillidir.