18 iyul 2023 16:37
519

Ermənilər Xankəndi-Xəlfəli yolu ilə yenə silah daşıdı VİDEO

Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.

“İki sahil” xəbər verir ki,  xəbər verir ki, onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Videogörüntüdə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın müşahidə olunur.