18 iyul 2023 18:08
330

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı üzrə Koordinasiya Komissiyanın təşkili qaydası açıqlanıb

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edəcək.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnaməsində əksini tapıb.

Komissiya sədr daxil olmaqla 15 üzvdən ibarət olacaq.