19 iyul 2023 17:44
393

İranda qum fırtınası: 474 nəfər xəsarət alıb

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində bir gündə ən azı 474 nəfər xəsarət alıb.

“İki sahil” IRNA-ya istinadən xəbər verir ki, bu barədə əyalətin böhran idarəsinin baş direktoru Məcid Mohebi məlumat verib.

M.Mohebi qeyd edib ki, xəstəxanalara müraciət edən hər bir şəxsə zəruri yardım göstərilib.

“Hazırda qum fırtınasından zərər çəkmiş 30 nəfər hələ də xəstəxanada müalicə alır”, - idarənin baş direktoru bildirib.