20 iyul 2023 12:21
689

Əli Kərimli "Facebook"dakı kələkdən Ədliyyə Nazirliyinə də gəlmək istəyib, amma...

Əli Kərimli "Facebook"dakı kələkdən Ədliyyə Nazirliyinə də gəlmək istəyib. Amma alınmayıb. Deməli, AXCP adlı dərnəyini partiya kimi qeydiyyatdan keçirməyə çalışan bu siyasətdar 5 mindən bir qədər çox adam adı yazıb Ədliyyə Nazirliyinə göndərib. Aparılmış araşdırmalar nəticəsində bəlli olub ki, 2497 nəfər haqqında məlumatlar uydurmadır. Nə ad, nə soyad, nə də ata adı düzgündür. Yəni, bunların təqdim etdikləri 2497 adda ölkədə real adam yoxdur. Eynən “Facebook”dakı kimi ediblər. Xəyalları gedib  trol profillər açıb sosial şəbəkələrdə tozanaq qaldırmağa. Daha demirlər ki, Ədliyyə Nazirliyində hər bir vətəndaşın məlumatları var. Düşünüblər, yəqin ki, siyahıda 5 mindən çox admı görüb, bunlara qeydiyyat şəhadətnaməsi verəcəklər.

Əli Kərimli iddia edir ki, 5315 nəfərin məlumatlarını təqdim etmişik. Olsun, nə deyirik! Həmin 5315-dən 2497-si saxta, sosial şəbəkə termini ilə desək trol çıxıb. Qalır yerdə 2818 nəfər. Bu 2818 nəfər real olaraq cəbhəçi demək deyil! Bu 1 real cəbhəçinin real olaraq siyahıya yazdığı ailə üzvləri və yaxın qohumları ola bilər. Yəni ərki çatan və həqiqi olaraq adını, soyadını, ata adını bildiyi şəxs və ya şəxslər. Heç şübhəsiz ki, Əli Kərimli 1 real cəbhəçiyə ən azı 5 nəfər real şəxs tapmağı tapşırıb. Belə olan halda 2818 rəqəmini 5-ə bölsək təxminən 564 nəfər adam düşür. Təxminən REAL-dakından 100 nəfər çox. Belə olan halda sual yaranır ki, Əli Kərimli və dərnəyindəki hansı üz və əsasla İlqar Məmmədovu, Natiq Cəfərlini, bir sözlə, REAL-ı məsxərəyə qoyurlar?

Əli Kərimlinin Ədliyyə Nazirliyinə 2497 adda saxta siyahı verməsinə elə onun statuslarındakı bəyənmə siyahısına baxmaqla da əmin olmaq mümkündür. Misal üçün, götürək elə imtina cavabı almalarına dair statusunu. Bəyənmə siyahısında kimlər var:

Ac Susuz

Hərac Hərrac

Türkçülük, Millətçilik

 Sako Bereq

Oyan Ayıl

Qasim Ok

Lkn Vlshv

Kardinal Zed

Vu Qar

Minash Cavid

Ramin Ramin Ramin

Bircə Nəsirli

Birce Mammadova

Rəwan Rəvan

Elvin Dada 

Bunlar sadəcə bir qismidir. Bəyəm, bu  kifayət deyil ki, Əli Kərimlinin saxtakarlıqlarını sübut edə?! 

Anar Şahmurad