20 iyul 2023 23:48
783

Əli Kərimli sosial şəbəkələrdə AXCP-yə üzv dilənir

Son illər ölkəmizdə həyata keçirilən davamlı və sistemli islahatlar nəticəsində bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün aidiyyəti qurumlar tərəfindən lazımi addımlar atılır. Məhz bütün bunların sayəsində respublikamızda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulur.

Hazırda Azərbaycanda dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan  siyasi dialoqun davamlılığı və inkiaşf etdirilməsi dövlət siyasətinin strateji vəzifəsidir. Ölkəmizdə mövcud siyasi dialoqun məntiqi nəticəsi kimi 2020-ci il iyulun 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentaybrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyanın 50-si, oktyabrın 10-da Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiyanın beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müarciətlər ünvanlaması bu baxımdan qeyd olunmalıdır.

 Əlbəttə ki, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət  münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyası prosesində siyasi partiyalar qabaqcıl mövqedən çıxış etməlidirlər. Məsələ burasındadır ki, ölkəmizdə yeni konfiqurasiyanın və siyasi münasibətlər sisteminin formalaşdığı bir dövrdə özünü cəmiyyətdən  təcrid edərək marginallaşan, hər vəchlə siyasi sistemin  inkişafına əngəl yaradan AXCP sədri Əli Kərimli dialoqda iştirakdan emtina etdi. Yeri gəlmişkən, bəzi ekspertlərə həmin dövrdə Müsavat Partiyasının dialoqa qatılmamasının səbəbini bu qurumun AXCP sədri Ə.Kərimli tərəfindən şantaj olunmasında görürdülər.

Bütün bunlar təsadüfi deyil. Belə ki, Ə.Kərimli təxminən iyirmi beş ildən çox müddətdə saxta “müxalifətçilik”lə məşğul olaraq həmişə milli maraqlara zidd fəaliyyət göstərib.

Bundan başqa, Ə.Kərimli “Siyasi partiyalar haqqında” yeni Qanuna da dodaq büzərək hərzə-mərzə danışır.  Halbuki,  bu qanun layihəsinin hazırlanması zamanı ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların təklifləri ilə yanaşı, beynəlxalq təcrübə də öyrənilib. Bu mənada yeni Qanunu birmənalı olaraq mütərəqqi hesab etmək olar. Çünki siyasi partiyanın fəaliyyətinun bu Qanuna uyğun olaraq maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlər göstərilməklə vəsait nəzərdə tutlur. Əminliklə demək olar ki, son zamanlar bir neçə siyasi partiyanın dövlət qeydiyyatına alınması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən ofislə təmin edilməsi, partiyaların qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, habelə dövlətin bir sıra bu kimi demokratik təşəbbüsləri nəticəsində bu  siyasi təşkilatlar ölkəmizin siyasi sisteminin nüfuzlu təsisatına çevriliblər. Ancaq nədənsə pozuculuğu, inkarçılığı əsas fəaliyyət prinsipinə və iş metoduna çevirən Ə.Kərimli bütün bunları görməzlikdən gəlir.

Bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, son zamanlar legitim siyasi fəaliyyətin göstərilməsi üçün siyasi partiyalara yardım edilməsi, yaradılmış şərait bilavasitə ölkə başçısının həyata keçirdiyi demokratik siyasət kursunun təzahürüdür. Siyasi partiyaların artan fəallığı və nüfuzu isə ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində aparılan köklü islahatların nəticəsidir.

Yuxarıda qeyd etdiyimiz kimi, “Siyasi partiyalar haqqında” yeni Qanun bütövlükdə partiyaların fəaliyyətinə mane olacaq heç bir müddəanı özündə əks etdirmir. Bununla bağlı ölkədə fəaliyyət göstərən partiya sədrləri ilə yanaşı, ekspertlər və siyasi texnoloqlar öz ictimaiyyətlə bölüşübülər. Belə olan halda görəsən AXCP sədri Ə.Kərimlinin son zamanlar yeni Qanun və partiyaların qeydiyyatı məsələsi ilə bağlı sosial şəbəkələrədəki  haray-həşirinin kökündə nə dayanır?  Bu sualın cavabı hamımıza aydındır: Şübhəsiz, Ə.Kərimlinin bu vay-şüvəninin əsas səbəbi sədri olduğu AXCP-nin heç bir sosial bazasının və elektoratının olmamasıdır. Bu həşəmətli “sədrin” son günlər internet tv-lərdəki çıxışları, monoqloqları və palaşımları bir daha göstərir ki, AXCP-nin on minlərlə üzvü olduğunu iddia edən Ə.Kərimli çarəsizlikdən sosial şəbəkələrdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək üçün partiyaya üzv dilənir.

Təbii ki, bütün bunlar əbəsdir. Çünki uzun müddət saxta “müxalifətçiliklə” manipulyasiya edərək üç-beş nəfər tərəfdarına yalan vədlər verən, cəmiyyətdə bölücülük, qarşıdurma yaratmaq üçün ən çirkin vasitlərə əl atan daim milli və dövləti maraqlarına zidd bəyanatlarla çıxış  edən Ə.Kərimli kimi avantürist və siyasi kələkbaza heç kim inanmaz.

Zahid Rza, “İki sahil”