2016-cı ilin mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9556 metr qazma işi həyata keçirilmişdir.Ümumiyyətlə, 2016-cı ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 26409 metr qazma işi görülmüşdür. Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olmuşdur.
Bundan əlavə, mart ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 10 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.