"Azərbaycan 30 il işğal altında olan torpaqlarımızı azad edərək beynəlxalq hüququ bərpa edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni yox saymaqla hüququn aliliyini tapdayırdı. Ermənistan və onu dəstəkləyən şər bloku 30 ilə yaxın beynəlxalq hüquqa məhəl qoymurdu. 44 gündə Azərbaycan Ordusu yazdığı tarixlə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalət, hüquq, milli qürur dərsi keçdi. Cənab Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi."
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Ermənistan 2020-ci il noyabrın 9-da kapitulyasiya aktına imza atdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu, xalqımızın böyük qələbəsi idi. Tarixi qələbəmizdən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq ermənilər və onların havadarları yenə də qərəzli mövqe sərgiləməkdə davam edirlər.
Deputat qeyd edib ki, rusiyalı yazıçısı Lev Tolstoy nəslindən olan Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bir neçə ildir ki, ölkəmizlə bağlı qərəzli mövqedən çıxış edir. Onun məlum açıqlamaları heç cür başa düşülən deyil. Bu açıqlamalar Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə kölgə salan və dostluğa xələl gətirən bir açıqlamadır. O hətta rəsmi Bakını açıq aşkar hədələməkdən belə çəkinmir. Amma onun bu çıxışları əlbəttə ki, xəyal məhsuludur. Və heç bir halda rəsmi Kremlin mövqeyini əks etdirə bilməz. Azərbaycan bu gün sözün əsl mənasında müstəqil dövlətdir və müstəqil siyasət yürüdür və heç kimdən, o cümlədən də Rusiyadan asılı deyil. Təəssüflər olsun ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirən Zatulin, Milonov və bu kimi şəxslərin tutduğu xətt bu gün də Rusiyada davam edir.
K.Bayramov əlavə edib ki, Azərbaycan və Rusiya Prezidentləri arasında etibar və dostluğun olması hər iki dövlət başçısının açıq siyasət yürütməsi ilə bağlıdır. Müsbət haldır ki, Rusiya Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın irəli sürdüyü bu beş əsas prinsipi dəstəkləyir. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib