20 aprel 2018 23:59
3190

Müasir dövrdə brilyant daş mikrodalğalı sobada hazırlanır

Süni brilyant gün keçdikcə  təbii almaz daşlarla rəqabətini artırmaqda davam edir.  Görünüş cəhətdən fəqlənməyən daşların süni olması  təbiidən iki dəfə ucuz başa gəlir.

Mütəxəssislər apardıqları laboratoriya təcrübələrinə əsasən bildiriblər ki, süni brilyant daş  nümunəsi təbii kimi gözəl və şəffaf görsənir. Süni daş təbii kimi eyni struktura, eyni kimyəvi tərkibə malikdir. Daşların yeganə fərqi ondadır ki, süni brilyant təbii kimi yerin dərinliklərində təbiət tərəfindən deyil, müasir mikrodalğalı sobada istehsal olunur.

Deməli, mikrodalğalı sobaya almazın bir qırıntısı qoyulur, sonra kameraya  müəyyən miqdarda ağır metan qazı qarışığı doldurulur. Bütün bunlar hamısı,  metan qazı qarışımının dağılması və  karbon qazı atomlarının  kristallaşaraq tədricən almaz qırıntıları toxumlarını zəbt edib  artan ölçüyə çatmasına kömək edərək plazmalı kürəciklərin əldə olunması üçün  müəyyən temperatura qədər qızdırılır. Belə bir proses təbii ki, uzun çəkir və  müddəti 10 həftəyə qədər davam edə bilir. Lakin aparılan mükəmməl iş təmiz və yüksək keyfiyyətli brilyantın əldə olunmasına imkan verir.

Qeyd etmək lazımdır ki, süni brilyant almaz bazarında bahalı daşlar arasında çox az yer tutur. Lakin mütəxəssislər hesab edirlər ki, 2026 - cı ilə qədər süni brilyantların kəmiyyəti minimum 20 milyon karata qədər yüksələcək və nəticədə  bahalı  daşlar bazarında əhəmiyyətli hissəyə sahib olacaq.