Cənub Qaz Dəhlizi layihəsi artıq müvəffəqiyyətlə icra olunub və artıq iki ildir ki, Azərbaycan Avropanın əhəmiyyətli qaz tədarükçüsünə çevrilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Avropa Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş, Avropa İttifaqının enerji üzrə komissarının isə ölkəmizi Panavropa qaz tədarükçüsü adlandırdıqlarını xatırladan dövlət başçısı qeyd edib: “Sözsüz ki, bizim Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir. Ümidvaram ki, ilin sonuna qədər daha iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək”.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib