21 iyul 2023 18:55
360

Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işləri nazirləri – Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş olacaq.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Nazir A.Mirzoyan Moskvada keçiriləcək görüşdə iştirak edəcək. Digər təfərrüatlar barədə daha sonra məlumat veriləcək”, - o bildirib.