Hindistanın Allepi şəhərinin 9 yaşlı sakini Abu Tahir oncə öz ətrafındakı insanları, sonra isə internet istifadəçilərini təəccübləndirib. Belə ki, bu qeyri - adi istedada sahib olan məktəbli oğlan lampaya toxunaraq onu yandırır.
Məlumata görə, 9 yaşlı oğlan təsadüfən belə bir istedada sahib olduğunu öyrənib. Onun atası Nizar elektrik ustasıdır və günlərin bir günü evdə xarab olan lampanı dəyişmək məqsədi ilə mağazadan bir neçə növ lampa alır. Lampanı dəyişən ata oğlundan təzə lampaların birini ona vernəyi xahiş edir. Abu Tahir lampanı əlinə alan kimi anidən lampanın işığı yanmağa başlayır.
Bundan təəccüblənən satıcı xanım həmin dəqiqə smartfonu əlinə alaraq hadisəni kameraya çəkməyə başlayır.
Sosial şəbəkədə yayılan videodan sonra jurnalistlər oğlanın evinə axın edib. Həqiqətən də uşaq lampaya toxunan kimi lampa yanmağa başlayır. Bundan başqa, təkcə əli ilə deyil, bədəninin istənilən nayihəsini toxunduran zaman lampa yanmağa başlayır. Tahirin özü diqqət mərkəzində olmağından bir o qədər də razı deyil və jurnalistlərlə görüşməkdən bacardığı qədər imtina edir.
Bəzi tibb işçiləri hesab edirlər ki, uşağın sahib olduğu bacarıq tamamilə realdır və burada qeyri - adi bir şey yoxdur. Elektrik cərəyanı bədəndən ifraz olunan duzun həddindən artıq çox olmasından əmələ gəlir. Lakin səbəbi nə olursa-olsun görünən mənzərədə ilk təəssürat heyrətamizdir.
Könül Əliyeva, “İki sahil”