“İnşallah, hər il Şuşamızda Qlobal Media Forumu keçiriləcək”.
“İki sahil” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubançıbek Omralıyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlaması zamanı deyib.
“Bu forum bizlər üçün həm də bir çox örnək vəd edir. Prezident İlham Əliyev 3 saat ərzində sualları cavablandırdı, Qarabağ zəfəri və digər məsələlər barədə geniş məlumat verdi.
Düşünürəm ki, Şuşa gələcəkdə nəinki regionda, dünyada ən gözəl, ən yaxşı şəhərlərdən biri olacaq, mən buna inanıram”, - Baş katib əlavə edib.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib