Azərbaycan Prezidentinin dünya media qurumlarının rəhbərləri ilə görüşü hamımızda dərin təəssürat yaratdı.
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlaması zamanı deyib.
"Belə səmimi, olduqca dərin və mühüm dialoqa görə cənab Prezidentə təşəkkür etmək istəyirəm. Cənab Prezident dünya media ictimaiyyətinin rəhbərləri ilə iki saatdan çox vaxt keçirdi. Bütün suallara səmimi, ətraflı, inandırıcı və əsaslandırılmış şəkildə cavab verdi.
Mən həmkarlarımızla, müxtəlif ölkələrdən olan dostlarımla təəssüratlarımı bölüşdüm və gördüm ki, bu görüş bütün həmkarlarımda dərin təəssürat yaradıb.
Biz həmişə bilirik ki, cənab Prezident problemlərdən xəbərdardır, onları dərindən araşdırır, lakin bugünkü söhbət sadəcə möhtəşəm idi.
Biz bütün mövzuları, beynəlxalq, daxili, Azərbaycan üçün ən aktual problemləri, məsələn, Ermənistanla sülh müqaviləsinin bağlanması, ölkənin inkişafının strateji məsələlərini, cənab Prezidentin Qoşulmama Hərəkatının lideri kimi baxışı ilə bağlı məsələləri müzakirə etdik.
Bir daha deyirəm ki, bütün bunlar cənab Prezident tərəfindən bizim üçün böyük hədiyyə oldu və foruma güclü təkan verdi. Düşünürəm ki, forumun keçiriləcəyi növbəti iki gün ərzində Prezident İlham Əliyevlə bugünkü görüş hamınıza böyük ruh yüksəkliyi verəcək", - Mixail Qusman vurğulayıb.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib