22 iyul 2023 08:44
831

XİN: Milli mətbuatımız ölkəmizin maraqlarının irəlilədilməsi işində mühüm rol oynayır

Milli mətbuatımız ölkəmizin maraqlarının irəlilədilməsi işində mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsindəki paylaşımda deyilir.

"Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür.

Azərbaycanda tarixi 1875-ci ildə "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə başlayan milli mətbuatımız ölkəmizin maraqlarının irəlilədilməsi işində mühüm rol oynayır.

Dəyərli media işçilərini təbrik edirik!", -deyə paylaşımda bildirilir.