22 iyul 2023 13:21
481

Ermənilər “Laçın” SBM-dən maneəsiz keçiblər - VİDEO

Bu gün, iyulun 22-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə 31 nəfər erməni sakin Xankəndi-Gorus istiqamətində yola düşüb.

“İki sahil” xəbər verir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün zəruri sərhəd və gömrük prosedurlarına riayət olunub.

Keçidin kadrlarını “Caliber” “Telegram” kanalı yayıb.