"Rəsm hazırlayan, rənglərlə çalışan süni intellektlər var, amma onlar heç zaman Tahir Salahov ola bilməz".
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən ikinci sessiyada deyib.
O söyləyib ki, süni intellekt bütün sahələrdə tətbiq oluna bilər: "Yaradıcılıq sahəsində də bundan istifadə olunur. Bu, elə bir həddə çatıb ki, artıq incəsənət, yaradıcılıq sahəsinə də sirayət edib. Hazırda kompüterdə mövcud şahmat oyunlarında elə səviyyələr var ki, qrossmeysterlərin bir çoxu həmin səviyyə ilə oyun keçirdikdə məğlub olurlar. Ancaq kompüter yeni bir şey ortaya qoymur, sadəcə mövcud olanların ən yaxşısını edir, ən doğrusunu seçir".
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib