22 iyul 2023 18:04
529

Tərtərdə ev yanıb

Tərtər rayonu, N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 512m² olan anbar kimi istifadə olunan ikimərtəbəli fərdi yaşayış evinin 15m² çardaq hissəsi, 2-ci mərtəbəsində pilləkan qəfəsinə yığılmış müxtəlif mallar, bir ədəd taxtadan ibarət pəncərə çərçivəsi və ona bitişik ümumi sahəsi 204m² mağazanın lambirindən ibarət üzlüyü 12m² sahədə yanıb. Evin böyük hissəsi, mağaza və yaxınlıqda yerləşən digər yaşayış evləri yanğından mühafizə olunub.