Jurnalist peşə fəaliyyətini maddiyyat qarşılığında qurmamalıdır. Çünki bu sahə bu məqsədlə ediləcək iş deyil. Məqsəd odur ki, oxuculara, izləyicilərə qərəzsiz, doğru məlumatları olduğu kimi çatdıraq.
“İki sahil” xəbər verir ki, bunu Rumıniyanın Milli İnformasiya Agentliyi - AGERPRES-in Baş direktoru Klaudia-Victoria Nikolae Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan “Təhlükəsizlik məsələləri” adlı sessiyada jurnalistlərin təhlükəsizliyi məsələlərinin müzakirəsi zamanı deyib.
Hədə-qorxularla bütün jurnalistlərin rastlaşdığını vurğulayan Klaudia-Victoria Nikolae əlavə edib: “Bəzən belə hallar yaşansa da, yenə də peşəyə sadiq qalmaq mütləqdir. Çünki bizim işimiz elədir ki, bu hallarla qarşılaşmaq təbiidir. Vəziyyət belə olsa da, yenə də biz doğru xəbərləri ictimaiyyətə çatdırmalıyıq”.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib