Tədbir tamamilə heyranedici oldu. Mövzu böyükdür, suallar çoxdur və həll tapmaq çətindir. Mən səmimiyyətlə inanıram ki, medianın üzləşdiyi bəzi çətinliklərin həlli dəyişiklik tempi ilə bağlıdır.
“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTACA açıqlamasında Şuşa Qlobal Media Forumunda iştirak edən “EU analitik” portalının müxbiri Nik Pauvel söyləyib.
“Xüsusilə narahatlıqlar maliyyələşdirilmədə artan çətinliklərdir. İnsanlar müxtəlif xəbər mənbələrinə etibar etməyə meylidirlər. Bu o deməkdir ki, provayderlər dəqiq və qərəzsiz hesabat verməyə davam etmək, pul toplamaq üçün getdikcə daha çox mübarizə aparmalıdırlar”, - deyə N.Pauvel qeyd edib.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib