Dünyanın hər yerindən media işçilərini əhatə edən çox vacib bir iş üçün biz Azərbaycanın Şuşa şəhərindəyik. Bu, medianın inkişafı üçün çox vacib forumdur. Xüsusən də indi hər şeyin rəqəmsallaşdığı ərazidə biz dördüncü sənaye inqilabında yeni media haqqında danışırıq.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Şuşa Qlobal Media Forumunda iştirak edən Afrika İttifaqının İnformasiya və Kommunikasiyalar Direktorluğunun Əlaqə rəhbəri Vynne Zvinaiye Musabayana söyləyib.
“Ortaya çıxan odur ki, rəqəmsal mediadan, eləcə də yeni süni intellektdən istifadə ilə bağlı çoxlu imkanlar var. Beləliklə, görüşdə insanların bu texnologiyadan məlumatı emal etmək, məlumat toplamaq və onu yaymaq üçün necə istifadə edə biləcəyi müzakirə olunur, həmçinin ənənəvi medianın gələcəyi ilə bağlı müzakirələr aparılır. Burada bir sıra qarşılıqlı əlaqələrimiz və çox zəngin nəticələrimiz oldu”, - deyə o qeyd edib.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib